Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Hazırda oxunan: Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

628261

Xarici vətəndaşlar nəzərə alınmadan Yaponiya əhalisinin sayı son 42 ildə ilk dəfə 120 milyon nəfərdən aşağı düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə hökumətin statistik məlumatları göstərir.
 

Son bir il ərzində yaponların sayı 916 min nəfər azalaraq 119,736 milyona enib. Bu, 1968-ci ildən bəri əhalinin ən yüksək azalma tempidir.


Bununla yanaşı, Yaponiyada yaşayan xarici vətəndaşların sayı tarixdə ilk dəfə 4 milyon nəfəri ötüb.

Beləliklə, Yaponiya əhalisinin ümumi sayı 123,7 milyon nəfər təşkil edib.

Yaponiyada son illərdə rekord dərəcədə aşağı doğum səviyyəsi üstünlük təşkil edir və bu, cəmiyyətin qocalması tendensiyası ilə müşayiət olunur. Yerli ekspertlərin qeyd etdiyi kimi, əhalinin sürətlə qocalması yaxın gələcəkdə Yaponiya üçün bir çox problemlərlə nəticələnə bilər.

Məsələn, hazırda işləyən yaponlar qocalanda hazırkı yapon təqaüdçüləri üçün müəyyən edilmiş məbləğdə ödənişlərdən məhrum ola bilərlər.

Proqnozlara görə, 2053-cü ilə qədər Yaponiya əhalisi 100 milyon nəfərə, 2065-ci ilə qədər isə 88 milyon nəfərə qədər azalacaq. Onların 38%-ni 60 yaşdan yuxarı insanlar təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO