Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO

Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO

Hazırda oxunan: Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO
628274
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təxminən dörd ay əvvəl paytaxtın Səbail rayonu, Badamdar yamacında baş verən sürüşmə səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Lakin hadisədən aylar keçməsinə baxmayaraq, yol hələ də bağlıdır.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, təhlükəsizlik məqsədilə bağlanan yolda nə iş görülür, nə də istifadəyə verilir.

Sakinlərin sözlərinə görə, yolun aylardır bağlı qalması onların gündəlik hərəkətinə ciddi çətinlik yaradır.

Bu səbəbdən getməli olduqları məsafə uzanır, mənzil başına çatmaq üçün xeyli əlavə yol qət etməli olurlar.
 

53 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar da yolun bağlı olması səbəbindən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qalıb. Sürücülər deyirlər ki, avtobuslar daha uzun məsafə qət edir və bu da vaxt itkisinə səbəb olur.


Fövqəlada Hallar Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Hazırda araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri görülür. Əlavə məlumat veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO