Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri AÇIQLANDI

628196

2026-cı ilin birinci yarısında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlara ümumilikdə 463 965 nəfər ziyarətçi gəlib.

Bu barədə Bizim.Media-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 342 305 nəfəri muzeyləri, 121 660 nəfəri isə qoruqları ziyarət edib. Rəqəmsal platformalar vasitəsilə 138 718 bilet və ekskursiya xidməti satılıb.
 

Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Onu Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi” izləyib.


Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında tarix-mədəniyyət abidələrinin mühafizəsi, bərpası, qeydiyyatı, rəqəmsallaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, tarix-mədəniyyət qoruqlarının inkişafı, beynəlxalq əməkdaşlıq, mədəni irsin təşviqi və maarifləndirmə sahələrində genişmiqyaslı fəaliyyət həyata keçirilib.

Bu fəaliyyətlər "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında müəyyən edilmiş strateji məqsəd və prioritetlərə uyğun olaraq icra olunub. Qeyd olunan istiqamətlərdə 2026-cı ilin birinci yarısı üzrə nəticələri əks etdirən “Mədəni irs icmalı” hazırlanıb. İcmalda mədəni irsin qorunması və idarə olunması sahəsində əldə edilmiş nailiyyətlər və görülmüş işlər öz əksini tapıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO