Moderator.az ”“ ın əməkdaşı “Qadın taleyi”x9d rubrikasında daha bir qadının həyat hekayəsini qələmə alıb. Bu dəfə sizə Nərgizin (adı şərtidir) həyat hekayəsi ilə tanış edəcəyik.
Onunla qatarda tanış olmuşuq. Elə rayonların birinə qatarla səfərimiz zamanı çox maraqlı söhbətimiz olub. İnsanlığı, səmimiliyi və qonaqpərvərliyi ilə diqqətimi çəkib. Beləcə bir günlük yol səfərimizdə o, mənə bunları danışıb.
“Ailə qurandan sonra uşağım olmadı...”x9d
“Həyat yoldaşımla rayonda ailə qurduq. Xalamın ərinin qohumlarından idi. Elə məni də xalamgildə görüb bəyənmişdi. Ailə qurandan sonra uşağım olmadı. Nə qədər müalicə olunsam da, xeyri olmadı. Buna görə də Rusiyada yaşayan qardaşlarım dedi ki, gəl, burda müalicə olun. Bəlkə xeyri oldu.
“Bu dəfə uşağa qaldım...”x9d
Mən də həyat yoldaşımla məsləhətləşdim və o da buna razı oldu. Mən burda yaşayan qardaşımla Rusiyaya, orada yaşayan qardaşlarımın yanına yola düşdüm. Bir il müalicə olundum və həkimlər dedi ki, get, yaşa görək necə olur. Yenidən Azərbaycana qayıtdım. Bu dəfə uşağa qaldım. Amma, düşmə təhlükəsi olduğu üçün həkim nəzarətində qalırdım. Daha doğrusu yataq şəraitində müalicə olunmağa başladım. Yoldaşım tikintidə usta işlədiyi üçün səhər çıxıb, axşam qayıdırdı. Nəhayət doqquz ayın tamamında oğlan övladım dünyaya gəldi.
“Bunu eşitdikdən sonra çox pis oldum...”x9d
Həyat yoldaşım xəstəxanaya gül dəstəsi ilə gələrək, məni təbrik etdi. Heç nə ağlıma gəlmirdi. Evimizə qayıtdıqdan sonra, həyat yoldaşımda soyuqluq hiss edirdim. Nəsə əvvəlki adama bənzəmirdi. Uzun söz söhbətdən sonra məlum oldu ki, mən xəstəxanada yatdığım bir vaxtda o, başqa bir qadınla yaşamağa başlayıb. Hətta həmin qadın da artıq hamilədi. Bunu eşitdikdən sonra çox pis oldum. Dedi ki, sənə də baxacam, ona da. Amma, mən razı olmadım. Bələcə məhkəməyə müraciət edib ayrıldıq.
Sonra mən işə düzəlmək istədim. Bunun üçün çox narahat idim. Çünki, keçmiş həyat yoldaşımın verdiyi alimentlə dolanmaq olmazdı. Yaxınlarımdan birinin köməyi ilə qatarda “bələdçi”x9d kimi işə düzəldim. Uşağı anamın yanında qoyub işə gedirdim. Bir müddət Rusiyaya gedib ”“ gəlirdik. İndi isə ölkədaxili rayonlara gedib gəlirik. O, illərdən beş il keçib. Hərdən həyat yoldaşım gəlib uşağına da dəyir. İndinin özünə kimi israr edir ki, barışaq. Amma, mən istəmirəm. Qatarda işləməyə başlayandan sonra, bir çox qohumlarım mənimlə danışmadı.
İndi övladımla baş ”“ başa verib dolanırıq. Amma, çox istəyərdim həyatımda dürüst biri olsun. Onunla bir ömür yaşamağa hazıram”x9d.
Vasif Əlihüseyn




































































































