"Alman hərbçiləri ermənilərə qarşı soyqırım törədib" -DİQQƏTƏ LAYİQ İDDİA

Hazırda oxunan: "Alman hərbçiləri ermənilərə qarşı soyqırım törədib" -DİQQƏTƏ LAYİQ İDDİA

139392
"Hərdən özünüzə bir sual verin: Türkiyə nə cür addımlar atsaydı, Almaniya bəzi başqa Avropa ölkələri kimi saxta soyqırımı tanımaq barədə qərar çıxarmayacaqdı? Bunun təqribi cavabı belədir ki, gərək Türkiyə, Almaniyanın dediklərini qulaqardına vurmayaydı. Bəli, Osmanlı İmperiyası 1915-ci ildə Kayzer Almaniyasının dediklərini qulaqardına vurmayıb onunla müttəfiq olaraq müharibəyə qoşulmuşdu və nəticədə dövlət olaraq tarixə qovuşdu"

Moderator.az xəbər verir ki, bunu Millət vəkili Fazil Mustafa Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nı tanımasına münasibət bildirərkən deyib:

"Almaniyanın bu dəfə də istədiyi eyni şey deyilmi? Əgər soyqırımın baş verməsi ilə bağlı Almaniyanın şübhəsi varsa, o zaman bunun bu işdə daha təcrübəli almanlarla birlikdə həyata keçirilməsi barədə iddialar ortaya çıxa bilər. Türklər açıq şəkildə soygırım olmadığını bildirirlər, almanlar isə əminliklə söyləyirlər ki, soyqırım olub. O zaman bu soyqırımı Osmanlının müttəfiqi olan Almaniyanın törədə biləcəyini niyə Türkiyə iddia etməsin? Almaniyanın o dövrün arxivlərini açmaması da belə bir şübhə üçün əsas verir. Demək ki, Osmanlı hökumətinin xəbəri olmadan alman hərbçiləri ermənilərə qarşı soyqırım həyata keçirmişlər!!! Hər halda diqqətəlayiq iddia ola bilər. 

Bəzi dərin siyasət biliciləri bu qərarı Türkiyə Prezidenti Ərdoğana qarşı atılmış addım kimi təqdim etməyə çalışırlar. Ərdoğanın siyasət anlayışında qaneedici və ya tənqid oluna biləcək kifayət qədər məqamlar var. Ancaq tam əmin ola bilərsiniz, bu qərarı Türkiyəyə, Azərbaycana, digər tərəfdən bütün türklərə qarşı çıxarıblar və bütün türklər də bu qərarı əhəmiyyətsizləşdirmək üçün yaşadırları məkanlardan asılı olmayaraq səylərini birləşdirməlidirlər. Bizə də yaxşı dərs oldu ki, masanın arxasında oturan alman siyasətçisinə bundan o tərəfə elə erməni siyasətçisi kimi baxacağıq. 

Bax indi bu məqamda Türkiyənin ən sağduyulu addımı İzrail və Rusiya ilə münasibətləri bərpa ertmənin uğurlu variantlarını tapmaq olardı".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO