“Sabiq MTN rəhbərliyinə pul verən məmurlar məsuliyyətə cəlb edilməlidir”x9d

“Sabiq MTN rəhbərliyinə pul verən məmurlar məsuliyyətə cəlb edilməlidir”x9d

Hazırda oxunan: “Sabiq MTN rəhbərliyinə pul verən məmurlar məsuliyyətə cəlb edilməlidir”x9d

133388

Sabiq MTN generalı Akif Çovdarovun həbsindən bu günə qədər bir çox dövlət məmurunun Akif Çovdarov-Eldar Mahmudov ikiliyinə milyonlarla manat pul verdiyi ilə bağlı ölkə mediasında saysız-hesabsız informasiyalar yer almaqdadır.

Maraqlıdır, sabiq MTN rəhbərliyinə milyonlarla manat məbləğində pul verdiyi iddia olunan dövlət məmurlarının bu pulu hansı yolla əldə etdiyi araşdırılmalıdırmı? Axı heç kimə sirr deyil ki, nəinki Azərbaycdan, dünyanın heç bir ölkəsində ən yüksək vəzifələrdə təmsil olunan  məmurlar belə qanuni fəaliyət əsasında milyonlarla manat vəsaitə sahib ola bilməz.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bu məsələnin araşdırılmasının zəruri olduğunu bildirib:

“Təbii ki, normal dövlətlərdə bu məsələlər araşdırılmalıdır. Belə iddialara istintaq tərəfindən aydınlıq gətirilməlidir. “MTN işi”x9d ilə bağlı rəsmi informasiyada göstərilirdi ki, MTN-nin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Rabitə Nazirliyinin rəhbərliyindəki şəxslərdən konkret məbləğdə pul alınırdı. Istintaq bu pulun mənbəyini müəyyən etməlidir. Rabitə Nazirliyinin rəhbərliyi evində pul kəsmir ki... Kiməsə pul vermək üçün öncə bu pulu qazanmaq lazımdır. Istintaq araşdırmalıdır ki, bu pullar hansı yolla qazanılıb. Aydındır ki, burada külli miqdarda əmlakın mənimsənilməsindən söhbət gedir. Bu pullar Rabitə Nazirliyinin rəhbərliyi tərəfindən mənimsənilib, daha sonra isə MTN rəhbərliyinə verilib. Odur ki, normal dövlətlərdə həmin pulun mənbəyi, onu əldə edən şəxslərin əməllərində cinayət tərkibinin olub-olmadığı araşdırılır və lazımi əsas olanda həmin şəxslər məsuliyyətə cəlb edilir. Azərbaycanda isə güc orqanları siyasiləşdiyi üçün bu məsələlər hüquq çərçivəsində deyil, siyasi qərarlar əsasında həll edilir”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO