"Əslində müharibə, vətən mövzuları dinc dövrdə adi görünsə də, onları yazmaq üçün çox böyük mənəvi-ruhani potensial lazımdır. Yaxud, Mopassan, Şoloxov, Heminquey, Oruel kimi müharibələrin içindən gəlməlisən ədəbiyyata. Bizim uşaqlar öz istədikləri qıza düz-əməlli şeir yaza bilmirlər, o ki qala, döyüşdə ölən insanı yazsınlar".xa0
Bunu Moderator.az-a açıqlamasında şair Aqşin Yenisey bildirib.xa0
Aqşin Yenisey deyib ki, bizimkilər müharibəni ifadə edəcək emosiyanın, təxəyyülün sahibi deyillər: "Fikir verirsinizmi, dövr bir balaca silkələnən kimi hamımız tökülürük ələyin deşiklərindən. Hanı hər gün keçirilən kitab təqdimatlarından indi üzə çıxarılası bir şeir, hekayə, bir aforizm? Bircə fikir deyə bilərsinizmi adicə yazıya başlıq qoymağa yarasın? Siz hələ yazıçı, şair kimi deyirsiniz, bizim ədəbi nəsil bir şəxsiyyət kimi də xa0öz zəmanəsi üçün nə qədər gərəksiz olduğunu göstərdi. Belə məqamlarda xa0üzə çıxır ki, Tolstoylar, Dostoyevskilər, Heminqueylər niyə əbədidirlər. Çünki əbədi mövzularla yaşayıblar, yaradıblar, qız-gəlin tovlamaq xa0eşqiylə yox".
































































































