"Xaricdə oxuyanlar Azərbaycana "Kalaşnikov"la, “Molotov kokteyli”x9d ilə döndülər"

Hazırda oxunan: "Xaricdə oxuyanlar Azərbaycana "Kalaşnikov"la, “Molotov kokteyli”x9d ilə döndülər"

109705
"Xaricdə oxuyanlar Azərbaycana dönəndə avtomat Kalaşnikov, “molotov kokteyli”x9d,  silah gətirdi".

Moderator.az xəbər verir ki, bu fikri parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov  Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik zamanı səsləndirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan hakimiyyəti dövlət xətti ilə xaricə dini təhsil almaq üçün tələbə göndərmir: “Gedənlər ancaq öz xətti ilə gedir. Orada təhsil alıb gəldikdən sonra təhsil aldığı ölkənin ab-havasını bura  gətirməyə çalışır. Elə Nardaran hadisəsi də bunun nəticəsidir və onun acı təcrübəsinin şahidi olduq. Onlar xaricə dini təhsil almaq üçün göndərildi, amma onlar geriyə avtomat “Kalaşnikov”x9dla, “Molotov kokteyli”x9d ilə  döndülər. Onların hamısı da olmasa da əksəriyyəti təhsil aldıqları ölkənin təsiri altına düşür. Ona görə də bu məsləyə bir son verilməlidir. Belə olmaz.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO