Nazir Əbülfəs Qarayev ”‹Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Əbülfəs Qarayev ”‹Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Hazırda oxunan: Nazir Əbülfəs Qarayev ”‹Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

100886
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mümkün yollar müzakirə olunub.
Ə.Qarayev qeyd edib ki, 2010-cu ildə Meksikaya etdiyi səfər onda dərin təəssürat yaradıb. Tərəflər iki ölkə səfirlərinin fəaliyyətinə əsaslanaraq, Azərbaycan və Meksika arasında yeni əməkdaşlıq imkanlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə Nyu-York, Frankfurt, London, Paris və gələn ildən etibarən İstanbul kimi şəhərlər vasitəsilə Bakı və Mexiko arasında hava nəqliyyatı əlaqələrinin mövcudluğunun iki ölkə arasında turist axınının artmasına, mədəniyyət sahəsindəki qarşılıqlı əlaqələrin daha da dərinləşməsi və yaxınlaşmasına səbəb olacağı qeyd olunub.
Hər iki tərəf bu sahədə əlaqələrin inkişafı üçün əsas vasitə olan mədəniyyət və turizm sahəsində Meksika ilə Azərbaycan arasında sazişlərin imzalanacağına əminlik ifadə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO