
- A-
- A
- A+
Ekskluziv
01:02 / 22.05.2023
3 dəq oxunma
"Nədən yumurtanı sarısı ilə birgə deyil, ağını yemək lazımdır?.." - MARAQLI
Hazırda oxunan: "Nədən yumurtanı sarısı ilə birgə deyil, ağını yemək lazımdır?.." - MARAQLI
639795
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Yumurtanın ağı əvəzsiz zülal mənbəyidir..."
"Yumurta ağını necə yeməli?.."
Çox vaxt yumurtanın nə qədər faydalı olub-olmaması barədə mübahisə edirlər. 2019-cu ildə "JAMA" jurnalında dərc edilən tədqiqat göstərib ki, yumurtadan artıq istifadə edilməsi ürək-damar xəstəlikləri və istənilən səbəblərdən ölüm halları riskini artırır.
Moderator.az xəbər verir ki, bu barədə Serbiyanın "Politika" nəşri yazıb.
Digər tərəfdən, 2022-ci ildə aparılan tədqiqatın gedişində alimlər bu nəticəyə gəlib ki, "qidada xolesterinin olmasından narahat olmağa dəyməz, çünki o, ürək-damar xəstəlikləri riskini artırmır".
Bu isə o deməkdir ki, "tərkibində çoxlu miqdarda xolesterin olan məhsullar, o cümlədən yumurta özünün qida maddələri sayəsində fayda gətirə bilər".
Bundan başqa, bəzən sağlamlıqla bağlı problemlərdən yan keçmək üçün belə məsləhətə rast gəlmək olar. Onlara yumurtanı bütöv deyil, yalnız ağını yemək məsləhət görülür. Bu, nə dərəcədə məqsədəuyğundur?
"Söhbət yüksək keyfiyyətli zülaldan gedir, yəni onun tərkibində orqanizmin müxtəlif funksiyaları üçün lazım olan bütün zəruri amin turşuları var", - bunu qidalanma üzrə mütəxəssis Maquiles deyib.
O, əlavə edib ki, zülal faydalıdır, çünki tərkibində olan albumin orqanizmin toxmulararını inşa edib möhkəmləndirir və immuniteti yaxşılaşdırır.
Bundan başqa, o, qan axını boyunca maddələrin, o cümlədən hormonlar, fermentlər, vitaminlər və mineralların yayılmasına kömək edir.
Nədən yumurtanı sarısı ilə birgə deyil, ağını yemək lazımdır?
Ola bilsin ki, kiminsə yumurtanın sarısının dadı xoşuna gəlmir, digərləri, ola bilsin ki, az miqdarda yağlar olduğu pəhrizə riayət edir, belə halda yumurta ağı əla seçimdir.
Yumurtanın sarısında təxminən 5 qram yağ, o cümlədən 2 qram doymuş yağ var. Bu da, əgər siz, məsələn, bir neçə yumurtadan qayğanaq bişirirsinizsə, həddən artıq çoxdur.
Orta ölüçülü yumurta sarısında 210 mq xolesterin var. Bəllidir ki, qidada olan xolesterin, yüksək xolesterin problemindən danışsaq, əsas problem deyil. Amma 3 yumurtadan hazırlanan qayğanaq 630 mq xolesterin deməkdir, bu da kifayət qədər çoxdur.
ABŞ ürək xəstəlikləri Assosiyasıyası məlumat verir ki, ürək xəstəlikləri riski olan, diabetdən əziyyət çəkın və ya ürək tutması keçirən adamlar öz qidalarında xolesterinin miqdarına çox diqqətli yanaşmalıdır", - Marquiles vurğulayıb
Yumurta ağını necə yeməli?
Səhər yeməyi, nahar və ya şam üçün yumurtanın ağından qayğanaq hazırlamaq olar. Ona təzə, yaxud duza qoyulmuş tərəvəz, yağsız pendir əlavə etmək olar.
Beləliklə, siz az kalorili və yaxşı balanslaşdırılmış yemək alacaqsınız. Zülallar aşağı kalorili pəhrizə riayət edənlərin qida rasionu üçün çox yaxşıdır. Çünki bir porsiyada 20 kalori var. Digər tərəfdən, iri yumurta sarısında təxminən 55 kalori var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































