
- A-
- A
- A+
Ekskluziv
12:28 / 10.05.2023
2 dəq oxunma
"Rusiya və Ukrayna arasında sülh mümkün deyil" - BMT Baş katibindən gözlənilməz açıqlama...
Hazırda oxunan: "Rusiya və Ukrayna arasında sülh mümkün deyil" - BMT Baş katibindən gözlənilməz açıqlama...
635059
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"BMT-nin məqsədi ədalətli sülhə dərhal deyil, sonradan nail olmaqdır, hazırda diqqət cari humanitar məsələlərin həllinə yönəlib..."
"BMT Baş katibinin mövqeyi heyrət doğurur və öz gücsüzlüyünə haqq qazandırır..."
BMT-nin Baş katibi Antoniu Quterriş bəyan edib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar hələlik az ehtimal edilir.
Moderator.az xəbər verir ki, bu barədə o İspaniyanın "El Pais" gündəlik ictimai-siyasi qəzetinə müsahibəsində bəyan edib.
"Təəssüf ki, mən sülh danışıqlarını hazırda mümkün hesab etmirəm. Hər iki tərəf qalib gələ biləcəyinə əmindir", - o deyib və qeyd edib ki, Rusiyanın "işğal etdiyi ərazilərdən çıxması" arzusunu görmür, Ukrayna isə "onları geri qaytarmağa ümid edir".
O, həmçinin Çin və Braziliyanın vasitəçiliyinin Ukraynada döyüş əməliyyatlarına son qoymasına şübhə etdiyini bildirib.
"Mən artıq dedim ki, hazırda sülh danışıqları olmayacaq. Lakin ümid edirəm ki, gələcəkdə onlar baş tutacaq. Rusiyalıların qış hücumu və ukraynalıların yaz hücumları haqqında söhbətlər gəzib. Aydındır ki, hər iki tərəf tamamilə müharibəyə köklənib", - Quterriş deyib.
Eyni zamanda, BMT rəhbəri Pekinin nüvə eskalasiyasının qəbuledilməzliyi haqqında mövqeyini yüksək qiymətləndirib və bunu
"dözülməz cəfəngiyyat olan vəsvəsədən yan keçmək üçün çox vacib mövqe" adlandırıb.
O, qeyd edib ki, BMT-nin məqsədi "beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun olaraq ədalətli sülhə dərhal deyil, sonradan nail olmaqdır". Və etiraf edib ki, "bunlara hələ çox var".
BMT Baş katibinin fikrincə, hazırda bu beynəlxalq təşkilat diqqətini həm Kiyevlə, həm də Moskva ilə cari humanitar vəzifələrin həlli üçün dialoqa dəstək verilməsinə yönəldib.
O, mayın 18-də müddəti bitəcək taxıl sövdələşməsi üzrə danışıqları nümunə gətirib. Bu saziş ukraynalılar tərəfindən taxılın dənizlə çıxarılmasına, həmçinin Rusiyanın ərzaq və gübrələrinin Qara dəniz limanlarından ixracına aiddir.
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak BMT Baş katibinin bəyanatına münasibət bildirib. O, sülh üçün şərtləri xatırladıb.
"BMT-nin Baş katibi Antoniu Quterrişin "hazırda Ukraynada sülh mümkün deyil" ifadəsi bir qədər heyrət doğurur. Ona görə ki, sülh tamamilə mümkündür. Bunun üçün:
1. Təcavüzkara, nəhayət, BMT Nizamnaməsinin müvafiq maddələri xatırladılmalı və ondan yad ərazini tərk etmək "mədəni şəkildə" xahiş edilməlidir.
2. Rusiya Federasiyası BMT-nin və BMT Təhlükəsizlik Şurasının bir hissəsi hesab edilməməlidir.
3. Rusiya öz qoşunlarını Ukraynadan çıxarmalıdır, - Podolyak özünün "Twitter" səhifəsində yazıb.
O, BMT Baş katibinə "hər şey aydın olduğu halda özündən mənalar düşünməməyi və süni gücsüzlüyünə haqq qazandırmamağı" tövsiyə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































