"Mən televizorun qarşısında yuxuya getmişəm, səhərə yaxın Uillou ayağımdan dişləyərək və üstümdə tullanaraq məni oyatmağa çalışıb..."
Britaniya pişiyi diabetik komaya "çox yaxın olan" və möcüzə nəticəsində ondan qurtulan sahibəsinin həyatını xilas etməklə əməlli-başlı məşhurlaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "Sky" nəşri yazıb.
Məlumat verilib ki, Liverpuldan olan 51 yaşlı Amanda Ceymson bir dəfə gecə vaxtı qanda şəkərin miqdarı təhlükəli dərəcədə olduğu zaman yatağa girəndən sonra huşunu itirib.
Uillou ləqəbli pişik Ceymsonun televizor ekranı qarşısında yuxuya gedən 57 yaşlı əri Rey Şervudun oyanması üçün onun ayaqlarını dişləyib və oyatmağa cəhd edib.
Bundan sonra pişik mister Şervudu ikinci mərtəbəyə aparıb, orada o, Amandanı huşsuz vəziyyətdə aşkar edib və təcili tibbi yardım çağırıb.
"Mən televizorun qarşısında yuxuya getmişəm, sonra səhər təxminən saat 4-də Uillou ayağımdan dişləyərək və üstümdə tullanaraq məni yuxudan oyadıb", - kişi danışıb.
Onun sözlərinə görə, o, həyəcan keçirib, çünki belə davranış pişiyə xas olmayıb, ona görə də o, yuxudan oyanaraq nəyin baş verdiyini aydınlaşdırmaq qərarına gəlib.
"O, mənim və nərdivanın arasında qaçıb, mənə baxırdı. Mən onun arxasınca gedirdim, o, hərəkət etdiyimə əmin olmaq üçün mənə baxmaqda davam edirdi.
Mən yataq otağına daxil olanda Uillou çarpayıya tullandı və mən Amandanın yıxıldığını gördüm.
O, mənə cavab vermirdi və mən dərhal təcili yardım çağırdım", - Şervud qeyd edib.
Şəkərli diabet xəstəsi olan sahibəsinin həyatını xilas etməsi sayəsində ev heyvanı pişiklər arasında Milli mükafatçılar finalçılarının syahısına düşüb.


































































































