“Samirə Yusifqızını ciddi meyxanaçı kimi qəbul etmirəm, bizimlə deyə bilməz, amma Oqtayla...”

“Samirə Yusifqızını ciddi meyxanaçı kimi qəbul etmirəm, bizimlə deyə bilməz, amma Oqtayla...”

Hazırda oxunan: “Samirə Yusifqızını ciddi meyxanaçı kimi qəbul etmirəm, bizimlə deyə bilməz, amma Oqtayla...”

625978
“Bir dəfə də Ağakərimin yanına getməyiblər, amma efirdə elə danışırlar ki, elə bil...”
 
Meyxanaçı Ağamirzə Məmmədov Moderator.az-ın suallarını cavablandırıb.
 
- Ağamirzə bəy, hazırda Ramazan ayını yaşayırıq. Yəqin ki, müvəqqəti olaraq toylar da dayanıb?
- Bəli, hələ ki, toylar yoxdur. Allah qoysa Ramazan ayından sonra yaxşı olar. Hamımızı Allah dolandırır. Şükür olsun aləmlərin rəbbinə, hamının ruzisini verir. Vaxt olub ki, Ramazan ayında o biri aylardan da çox qazanmışıq. Hər il oruc tuturdum, bu il tuta bilmədim. Mədəmdə bir az problemlər var.
 
- Müsahibələrinizin birində göyərti əkib-becərdiyinizi, bazarda satdığınızı bildirmişdiniz. Bu gün də əkib-becərirsiniz?
 
- Hal-hazırda qardaşlarım bu işlə məşğuldurlar. Mənim buna vaxtım yoxdur, həm də sağlamlığım imkan vermir. Belimdə neçə illərdir problem var. Onlar əkib-becərirlər. Göyərtidə, torpaqda olan ruzi heç nədə yoxdur. 
 
- Meyxanaçı Ağakərimin səhhətini də sizdən xəbər alırıq. Hazırda necədir?
 
- Tez-tez mətbuatda xəbərlər yayılır ki, Ağakərim dünyasını dəyişib. Bir az bundan əvvəl getmişdim yanına. Necə varsa, yenə də elədir. Nə danışır, nə də ki, hiss edir. 10 dəfə salam verdim ona. Tanımadı, elə dayanıb üzümə baxdı. Mən gedəndən sonra ondan soruşublar ki, “bildin kim gəlmişdi?”. Deyib ki, “hə, Ağamirzə gəlmişdi”. Allah bütün xəstələrə kömək olsun, Ağakərim də onların içində. Mənim borcumdur ona gedib baş çəkmək. Amma bəziləri efirdə elə danışırlar ki, elə bil Ağakərimə gəlib baş çəkiblər. Bir dəfə də yanına getməyiblər. Məni görən kimi deyirlər ki, “Ağakərimə gedib dəymək istəyirik”. Getmək istəyən gedib dəyir.
 
- Ölümünüzü səbirsizliklə gözləyirsiniz?
- Mən 4-5 ildir ki, məzarımı qazdırmışam. Hərdən gedib baxıram, ata-anamın yanındadır. Öz-özümə deyirəm ki, “yolunu azma, nə vaxtsa səni də burada qoyub, çıxıb gedəcəklər”. Məzarımı qazdıranda evdəkilər mənə dedi ki, “bədlik edirsən, qara ağzını açırsan”. Bütün bu sözlər hamısı boşdur. Allah nə vaxt məsləhət bilsə, o vaxt da dünyamı dəyişəcəm. Mən dünyamı dəyişən gün bütün dünya yığışsa da, bir dəqiqə ömrümü çoxalda yaxud azalda bilməzlər. Dərindən düşünmək lazımdır. O yan-bu yana gedənə qədər ölüm yadımızdan çıxır. Günlərin bir günü əzrail sinəmizin üstündə oturacaq. Var-dövlət, mal-mülk, kiminsə qəlbinə dəymək və s. bunlarla nə olur? Dəfələrlə deyirəm, bəzən də məndən inciyirlər. Mənim üçün bir Allah var, bir də özüm. Hər şey əfsanədir. Gecənin yarısı səni sancı tutan kimi ancaq Allahı çağırırsan. Bacı da, qardaş da sağ olsunlar, özləri üçün. 
 
-Siz həmkarlarınızdan fərqli olaraq bu sənətlə ciddi, savadlı şəkildə məşğul olursunuz. Amma bu gün meyxana sənətini də ucuzlaşdırıblar.. Bir peşəkar kimi bu sizi narahat edir?
 
- Vaxtilə bizdə də səhvlər olub. Amma bu dəqiqə hər şey əndazədən çıxıb. 12-15 meyxana deyən olar? Mənə deyirlər ki, niyə danışmırsan? Mən nə danışa bilərəm? Yutub, instaqram, tik-tok çıxanı aləm bir-birinə dəyib! Bu təkcə meyxana sənətində yox, bütün sahələrdə belədir. Bunun qarşısını almaq mümkün deyil! Cavanların əksəriyyəti mənə qulaq asır. Bir az da çox danışarsan, deyərlər ki, əcəb edirəm. Mən hələ indiyə qədər bir insana etdiyi nöqsanı sübut edə bilməmişəm! Tək meyxanada yox, elə hər barədə. Kimə deyirsən ki, qatıq ağdır, deyir ki, ağ deyil, boztəhərdir. Neçə vaxtdır meyxanaçılarla qırğındayam. Tamada Hacı İlham demişdi ki, “bizim sənət kimi sənət yoxdur, gəlib xahişlə toya dəvət edirlər, gedirik yuxarı başda otuzdururlar, yeyirik, deyirik, gülürük, gedəndə də pul verib yola salırlar”. Buna min dəfə şükür etmək lazımdır. Deyirəm ki, heç olmasa bəzi nöqsanları etməyək də. Qafiyəyə girməyən sözləri deyib, camaata niyə yedirdirik?! Mən deyirəm, mən də eşidirəm. Nə qədər trend olar? Bir dostum var, deyir ki, “3 dənə meyxana denən, trend edim səni”. Mənə bu lazımdır?
 
- Səhv etmirəmsə ilk meyxanaçı qadın Xalmana xanım olub. Bu gün isə müğənni Samirə Yusifqızı ara-sıra meyxanalar da deyir. Onu ciddi meyxanaçı kimi qəbul edirsiniz?
 
- Xeyr, ciddi yox. Amma adamın üstündə Allah var, qafiyə falan bilir. Dəfələrlə görmüşəm ki, qafiyədən çıxmır, başı ağrıtmır. Oqtayla məzəli meyxanalar deyirdi, izləyirdim. Amma durub bizimlə desə, əlbəttə ki, alınan şey deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO