"Biz Sizi pis vəziyyətdə qoymarıq, Vladimir Vladimiroviç..." - Putin Kadırovu qəbul etdi

Hazırda oxunan: "Biz Sizi pis vəziyyətdə qoymarıq, Vladimir Vladimiroviç..." - Putin Kadırovu qəbul etdi
611036
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Çeçenistan zərərli vərdişlərin olmaması və demoqrafiyanın artımı üzrə reytinqlərdə ilk yerləri tutur..."
 
"Çeçenistan sakinləri xüsusi hərbi əməliyyatı tamamilə dəstəkləyir..."
 
Kadırov Putinin görüşünə gəlib, şparqalkası və barmağındakı cihazla diqqəti cəlb edib
 
Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla işgüzar görüş keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.
Kadırov Putinə 2022-ci ildə regionda uğurlar barədə hesabat verib, qeyd edib ki, respublika müxtəlif sahələrdə aparıcı mövqelər əldə edib. 
 
Məsələn, zərərli vərdişlərin olmaması və demoqrafiyanın artımı üzrə Çeçenistan reytinqlərdə ilk yerləri tutur.
 
"Xüsusi hərbi əməliyyat zonasında döyüşçülərimiz Sizin əmrlərinizi uğurla icra edir. Çeçenistan sakinləri xüsusi hərbi əməliyyatı tamamilə dəstəkləyir...Biz Sizi pis vəziyyətdə qoymarıq, Vladimir Vladimiroviç", - Kadırov əmin edib.
 
Kadırovun respublikanın uğurlarından üzünə oxuduğu, köməkçilərinin mətninin iri hərflərlə yazdığı şparqalkası internet istifadəçilərinin xüsusilə diqqətini cəlb edib. 
 
Diqqətlə baxdıqda, şparqalka "Hörmətli Vladimir Vladimiroviç" sözləri ilə başlanır. Görünür, Kadırovun köməkçiləri ona Rusiya prezidentinin adının necə olduğunu xatırlatmağı vacib sayıb.
 
Bundan başqa, Çeçenistan rəhbərinin barmağında qanda oksigenin miqdarına nəzarət etmək üçün pulsoksimetrə oxşayan cihaz diqqəti cəlb edib.
 
KİV-lərin məlumatlarına görə, Kadırovun səhhətində ciddi problemlər var. Son aylarda onun zahiri görünüşü bunu təsdiq edir.
 
Son zamanlar o, ictimaiyyət qarşısına sifəti və bədəni şişkin vəziyyətdə çıxır, hətta gözlərini açmaqda çətinlik çəkir.
 
Güman edilir ki, Kadırovun böyrəklərində problemləri var. Bu barədə Almaniyada yaşayan Çeçenistan baş nazirinin sabiq müavini Əhməd Zakayev danışıb.
 
Deyilənə görə, Kadırov Moskva həkimlərinə etibar etmir və müalicə üçün Birləşmiş Ərəb Əmirliklərindən mütəxəssis dəvət edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO