Millət vəkili: “Nemət Pənahlının hərəkətləri mövzuzu mənim səviyyəmə uyğun deyil...”

Millət vəkili: “Nemət Pənahlının hərəkətləri mövzuzu mənim səviyyəmə uyğun deyil...”

Hazırda oxunan: Millət vəkili: “Nemət Pənahlının hərəkətləri mövzuzu mənim səviyyəmə uyğun deyil...”

587285
Son bir neçə gündür ölkə gündəmi ictimaiyyəti qıcıqlandıran məsələlərlə daha çox yadda qalır. Buna misal olaraq əməkdar artist Bəhram Bağırzadənin məlum açıqlamasını və Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının qeyri-adi görüntülərini misal göstərmək olar. Ümumiyyətlə isə məhz cəmiyyəti qıcıqlandıran və qeyri-ciddi məsələlər daha çox tirajlanır və ictimaiyyətin daha çox marağına səbəb olur. 
 
Millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib ki, Nemət Pənahlı ilə bağlı məsələnin ona dəxli yoxdur:
 
“Bu mövzu mənim səviyyəmə uyğun deyil. O ki, qaldı digər məsələyə, mən bu açıqlamadan təəssüf hissi keçirirəm. Biz bir millət kimi bütün cəhətlərimizlə fəxr edib, bütöv olmalıyıq. Şəhərin şəhər xüsusiyyəti var, kəndin də kəndə məxsus xüsusiyyətləri var. Bunu qabartmağa ehtiyac yoxdur. Düşünürəm ki, bu kimi açıqlamalar xalqımızın birliyinə və bütövlüyünə ziyan gətirən müzakirələrdir”.
 
“Sosial şəbəkələrdə belə məsələlərin daha tez yayılması və diqqət çəkməsi ilə bağlı tendensiyaya üstünlük verənlərin sayı çoxdur. Hansı səbəbdən məhz bu müzakirələrin daha çox qabardılması da sual doğurur”-deyə, millət vəkili vurğulayıb. 
 
Mərahim Nəsib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO