
- A-
- A
- A+
Ekskluziv
12:32 / 09.01.2023
2 dəq oxunma
“Qanunun aliliyi təmin olunsa, Naxçıvanda da problemlər qısa müddətdə həll olar...”
Hazırda oxunan: “Qanunun aliliyi təmin olunsa, Naxçıvanda da problemlər qısa müddətdə həll olar...”
584480
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Kimliyindən, vəzifəsindən, sosial mövqeyindən, varından-dövlətindən asılı olmayaraq qanun hamı üçün eyni olarsa, hər yerdə hər iş yaxşı gedəcəkdir...”
Hakimiyyətdə olduğu 27 il ərzində rəhbəri olduğu muxtar respublikada insan haqqlarının tapdanması, məmur özbaşınalığı, korrupsiya və və s. kimi hallar həddini aşmış olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, nəhayət, rəsmən vəzifəsindən azad edilib. Bəs görəsən, dövlət başçısının sərəncamıyla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilmiş Fuad Nəcəfli bölgədə 30 ilə yaxın bir vaxtda yaranmış sosial, maliyyə, iqtisadi, hüquqi və s. problemləri qısa müddətdə həll edə biləcəkmi?
Mövzu ilə bağlı Moderator.az-ın sualını cavablandıran Azərbaycan Respublikasının sabiq baş prokuroru Əli Ömərov bunları söyləyib:
“Öncədən proqnoz vermək çətindir. O baxır yeni rəhbərin iş qabiliyyətinə, o baxar onun işçi keyfiyyətinə... O baxır onun hansı və necə siyasət yeridəcəyinə... Əsas məsələ odur ki, qanunun aliliyi təmin olunarsa, hər bir bölgədə olduğu kimi, Naxçıvanda da problemləri tez bir zamanda həll etmək mümkündür. Söhbət qanunun aliliyindən gedir; hansı dövlətdə, hansı ölkədə qanun ali deyilsə, orada heç zaman görülən işlərdən müsbət nəticə gözləmək olmaz... Kimliyindən, vəzifəsindən, sosial mövqeyindən, varından-dövlətindən asılı olmayaraq qanun hamı üçün eyni olarsa, hər yerdə hər iş yaxşı gedəcəkdir...”
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































