ABŞ Ukraynaya

ABŞ Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri göndərəcək...

Hazırda oxunan: ABŞ Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri göndərəcək...
577473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Bu sistemlər səmanı bağlamağa imkan verəcək və Şərqi Avropada NATO ölkələrinin hava məkanının təhlükəsizliyini təmin edəcək..."
 
"Əgər NATO Kiyev fanatlarına "Patriot" komplekslərini tədarük edərsə, onlar dərhal Silahlı Qüvvələrimizin qanuni hədəflərinə çevriləcək..."
 
ABŞ administrasiyası Ukraynaya "Patriot" zenit-raket kompleksləri göndərəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Bu barədə artıq bu həftə rəsmən elan edilə bilər. Qeyd edilir ki, Ağ evin qərarına Rusiyanın Ukraynaya raket atəşləri təsir edib.
 
Pentaqonun planını onun rəhbəri Lloyd Ostin təsdiq etməlidir, bundan sonra sənəd imzalanması üçün prezident Co Baydenə göndəriləcək. Telekanalın həmsöhbətlərinin sözlərinə görə, qərarın hazırlanması bitəndən sonra "Patriot"lar dərhal gəmilərlə Almaniyaya göndəriləcək, orada ukraynalı hərbçilərə bu sistemlərlə işləmək üzrə təlim keçiriləcək.
 
Kiyevin nə qədər HHM sistemi alması hələlik aydın deyil, lakin onlar "səmanı bağlamağa" imkan verməklə yanaşı, Şərqi Avropada NATO üzvü ölkələrinin hava məkanının təhlükəsizliyini təmin edəcək, CNN məlumat verib.
 
"Patriot" uzaq mənzilli HHM sistemidir. Bu komplekslər hava məkanını ballistik və qanadlı raketlərdən, həmçinin bəzi təyyarələrdən qorumağa imkan verir. Bu sistemləri Kiyev ABŞ-dan Ukrayna şəhərlərinin mühafizəsini təmin etmək üçün uzun aylar xahiş edib.
 
Ukraynaya universal HHM vasitılərinin tədarük edilməsinin mümkünlüyü barədə noyabrın sonunda NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib. Buna dərhal Rusiyanın sabiq prezidenti və baş naziri Dmitri Medvedev münasibət bildirib.
 
"Əgər Stoltenberqin ehyam vurduğu kimi, NATO Kiyev fanatlarına "Patriot" komplekslərini tədarük edərsə, onlar dərhal bizim Silahlı Qüvvələrimiz üçün qanuni hədəflərə çevriləcək", - o, Telegram-kanalında yazıb. - Ümid edirəm ki, Atlantika impotentləri bunu anlayır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO