“Düşünmürəm ki, haray qışqırıqla, ağlamaqla,xa0 kimisə söyməklə nəyəsə nail olmaq olar”.
Bunu Moderator.az-a açıqlamasında Qarabağ mövzusunda ən çox əsərlər yazan nasirlərimizdən biri Elçin Hüseynbəyli deyib.
O, “çağdaş Azərbaycan nəsrində Xocalı faciəsi ilə bağlı yazılan əsərlərin səviyyəsi qaneedicidirmi?”xa0 sualını cavablarkən maraqlı və aktual məsələlərə toxunub:xa0
“Hər zaman deyirəm, bu ağrılı faciədən yazıb, insanlaraxa0 təqdim edəndə günahsız yerə belə dəhşətli soyqırımına düçar olmamızı motivli şəkildə qələmə almalıyıq.
Yəni, əsaslandırıb, təqdim etmək lazımdır. Düşünmürəm ki, haray qışqırıqla, ağlamaqla, kimisə pisləməklə, kimisə söyməklə nəyəsə nail olmaq olmaz. Bu baxımdan, istər publisistik film, istər sənədli film, istərsə də bədii film, bədii əsər olsun,xa0 hamısı çox ciddi şəkildə motivləşdirilməlidir. Həmçinin,xa0 həmin materiallar buxa0 faciəni dünyanın anlayacağı dildə hər kəsə çatdırmalıdır.
Həmçinin, öz daxilimizdə də təbliğatda ciddi olmalıyıq.
Bütün bunları nəzərə alaraq,xa0 əsərlər yazsaq, Xocalı soyqırımını bədii baxımdan daha tez tanıda bilərik” .
Ülviyyə Qarayeva


























































































