Bunu Moderator.az-a açıqlamasında şair, AYB üzvü Əvəz Qurbanlı bildirib.
Əvəz Qurbanlı deyib ki, Kəramət özü də çox nadinclik edib: "AYB yazıçıların qurumudur. O qədər tənqid də lazım deyildi. Mən də AYB üzvüyəm. Tənqid olunası məqamları çox görürəm. Tənqidə qalsa, elə şeylərdən yazmaq olar ki”¦ Lakin mən özümü AYB ailəsinin övladı kimi gördüyümdən, həmişə çatışmazlıqları ört-basdır eləmək yolunu tutmuşam".
Şair sözlərinə görə, AYB Kəraməti uzaqlaşdırmaqla heç nə itirməyib: "Burada əsas məsələ odur ki, Kəramətin AYB-dən kənarlaşdırılması ilə kim nə itirdi və yaxud kim nə qazandı? Düşünürəm ki, AYB Kəraməti uzaqlaşdırmaqla heç nə itirmədi. Çünki 2000-ə yaxın üzvü var. Olmasın onlardan biri”¦ Heç Kəramətin də itirəcəyi bir şey yoxdu əslində. Bildiyim qədər ordan maaş-filan almırdı. Yaradıcı təşkilat belədi ki, daim gedənlər və gələnlər olur. Yaradıcı adam da belədir ki, istedadın varsa, ədəbiyyat səni yaşadacaq".



































































































