Nazirinə dua edən şairə amin demək

Nazirinə dua edən şairə amin demək

Hazırda oxunan: Nazirinə dua edən şairə amin demək

103430
Moderator.az son günlərdə geniş müzakirəyə səbəb olmuş Vaqif Bəhmənli olayı ilə bağlı şair Anar Aminin mövqeyini təqdim edir:

İstər bilərəkdən, istərsə də bilməyərəkdən büdrəyib yıxılmaq yaxşı şeydi. Ən azından kimin sənə balta vurub-vurmadığını, kiminsə vurulan baltaya kənardan baxaraq ləzzət alıb-almadığını, kiminsə vurulan baltaya səs çıxarıb- çıxarmadığını dəqiqləşdirirsən.

Vaqif Bəhmənli bilərəkdən səndələyib, ya da bilməyərəkdən yıxılıb bilmirəm.

Bildiyim budur ki, Facebookda hər bir balta götürüb, düşüb o kişinin üstünə; vurhavurdu ... 

Evdə oğluna, qızına söz deyib, söz eşitdirə bilməyən atacıqlar, anacıqlar Vaqif Bəhmənlini aşağılıyan statuslar yazırlar.

Arvadının, ərinin yanında hörməti it burnundan aşağı olan, urvatsız kişicığazlar, qadıncığazlar da bu statuslara ağızlarına gələn rəylər yazırlar...

Atasının, qardaşının kimin atasına, qardaşına yarmandığını, anasının bacısının kimin anasına, bacısına qılıqlandığını bilən və ya bilməyən oğlancığazlar, qızcığazlar da bu statusları “like”x9d etməklə hirslərini tökürlər o kişiyə.

Vaxtı çox olan, bu qeybətçil, uğursuz, paxıl, qavalbaş adamcıqları başa düşürəm.

Bəs sizə nə olub, ay özünə və sözünə hörmət edə bilməyən bəzi-bəzi “qələm”x9d sahibləri?

Guya siz süddən çıxmış ağ qaşıqsınız?  Guya siz bilmirsiniz Vaqif Bəhmənli “itmiş nəsil”x9din (80-cilərin) itməyən üç parlaq imzasından biridi. Bilirsiniz. 

Bəs onda sizi ağız-ağıza verib, bu sürüyə qoşulmağa vardar edən nədir?

Vicdansızlığınız, yoxsa vicdanınız?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO