
- A-
- A
- A+
Dünya
21:05 / 19.09.2015
3 dəq oxunma
Qaradərili ağxalatlı namizəd Ben Karson kimdir?
Hazırda oxunan: Qaradərili ağxalatlı namizəd Ben Karson kimdir?
96364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
2016-cı il ABŞ prezident seçkisi öncəsi sorğu nəticələrinə baxdıqda liderliyi əlində saxlayan Donald Trampa artıq digər namizədlərin də yavaş-yavaş yaxınlaşdığını görmək olur.
“New York Times”x9d/“CBS News”x9dun bu həftə keçirdiyi sorğuda keçmiş neyrocərrah Ben Karson rəqibi D.Trampla artıq demək olar ki, ayaqlaşır.
B.Karson özünün həddən artıq təmkinli xarakteri və peşəkar nitq qabiliyyəti ilə diqqət çəkən biridir.
Respublikaçı seçicilər arasında Karson birdən-birə 6 faizdən 23 faizə yüksələ bilib. Bu arada D.Tramp yalnız 3 pillə irəliləyə bilib, reytinqi 27 faizə qalxıb.
Öndə olmalarına baxmayaraq hər iki namizədin çıxışları siyasətdən kənardır. Məsələn, Karson özü dəfələrlə deyib: “Mən siyasətçi kimi uğurlu biri deyiləm, mən siyasətçi deyiləm”x9d.
Ben Karson 1951-ci ildə Miçiqanda doğulub. Onu anası böyüdüb, boya-başa çatdırıb. Hələ 8 yaşında ikən atası onları tərk edərək gedib.
Ben həyat yoldaşı Kendi ilə Yeldə tanış olub. Daha sonra Miçiqan Tibb Universitetində təhsil almağa başlayıb. Artıq 33 yaşında ikən Merilend ştatında uşaq neyrocərrah mərkəzinin direktoru olub. O, beyində xərçəng və epilepsiya əməliyyatlarının ilk üsulunu tapan biridir.xa0
1987-ci ildə Siam əkizlərinin başında uğurlu əməliyyat etməsi ona dünya şöhrəti qazandırıb. 2002-ci ildə ona prostat vəzi xərçəngi diaqnozu qoyulandan sonra həkim kimi fəaliyyətində geriləmələr başlayıb.
Ben Karson bir neçə kitabın da müəllifidir. O, “Bacarıqlı əllər”x9d adlı memuar da yazıb.
Karsonun TV jurnalisti kimi də təcrübəsi var. O, vaxtının əksər hissəsini həm də Baltimorda tələbələrə məruzələr oxumaqla keçirib.
“Uşaq vaxtı Ben Karsonla görüşlərimizin sayı-hesabı olmayıb”x9d - yazıçı Ta-Nehisi Coates müsahibələrinin birində belə deyib.
“Baltimorda qaradərili uşaqları, xüsusən də oğlanları ruhlandırmaq üçün birinə ehtiyac yarananda hər dəfə Ben Karson köməyə gəlirdi”x9d - deyə o bildirib.
B.Karson həm də dini baxışları olan biridir və bu baxışlar onun siyasi fikirlərində də özünü göstərir.
Ben Karson siyasətdə ilk addımını 2012-ci ildə yazdığı kitabı ilə atdı. “Gözəl Amerika”x9d adlı kitabda Barak Obamanın prezident seçilməsi tənqid olunur.
2013-cü ildə Obamanın səhiyyə ilə bağlı planlarını kəskin tənqid edən çıxışından sonra Karson mühafizəkar siyasi arenada şöhrət qazanmağa başladı. O, öz çıxışında Obamanın səhiyyə sahəsində etdiklərini “köləlikdən bəri bu ölkədə baş verən ən pis şey”x9d adlandırıb.
Elə həmin il Karson cərrah kimi karyerasına son qoydu. 2015-ci ilin mayında isə Karson respublikaçı kimi prezident seçkisinə qatılacağını elan etdi.
Ben Karson həm də ziddiyyətli bəyanatların müəllifidir. İndi eyni cinsdən olanların nikahını “təbiətin qanunu”x9d adlandırsa da bundan öncəki müsahibələrinin birində deyib ki, nikah kişi ilə qadın arasında olmalıdır.
Bir dəfə isə o deyib ki, homoseksuallıq sadəcə seçimdir və həbsxanadakı dustaqları buna sübut kimi göstərib. Daha sonra bu fikrinə görə üzr istəməli olub.
Karson bu yaxınlarda isə Kaliforniyadakı çıxışında iqlim dəyişikliyini təsdiqləyən sübutları inkar edib. Karson 20 həftəlik hamiləlikdən sonra aborta da qarşı çıxanlardan biridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































