Türk şirkəti Dnepr çayı üzərində yeni körpü inşa edəcək

Türk şirkəti Dnepr çayı üzərində yeni körpü inşa edəcək

Hazırda oxunan: Türk şirkəti Dnepr çayı üzərində yeni körpü inşa edəcək
9366
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin “Doğuş İnşaat ve Ticaret A.Ş.” şirkəti Ukraynada Kremençuk körpüsünün tikintisi üzrə hərracın qalibi olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Avtomobil Yolları Dövlət Agentliyi (“Ukravtodor”) məlumat yayıb.

“Layihələndirmədə həm müasir qlobal yanaşmaları, həm inşaat sahəsini, həm də yerli istehsalçıların tələbatını nəzərə alan Kremençuk körpüsü nümunəvi layihə olmalıdır. Körpünün inşasında əsasən (95 faiz) Ukraynada istehsal edilən materiallardan istifadə olunacaq”, - deyə “Ukravtodor”un rəhbəri Aleksandr Kubrakov bildirib.

Yeni körpü Dneprin sağ sahilində Н-08 yolu, sol sahilində isə Kremençukun hazırkı küçə şəbəkəsi ilə birləşəcək.

Bu hissələrdə nəqliyyat qovşağının müxtəlif səviyyələrdə tikintisi nəzərdə tutulur. Tikililərin ümumi uzunluğu 3 kilometrdən çox olacaq.

Kremençukda Dneprin iki sahilini Rusiya imperiyası dövründə inşa edilmiş Kryukov körpüsü birləşdirir.

Sözügedən körpüdə sonuncu dəfə genişmiqyaslı bərpa işləri 1949-cu ildə aparılıb. Hazırda həmin körpü qəzalı vəziyyətdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO