Qırğızıstanda məktəblərdə hicab qadağan edildi

Qırğızıstanda məktəblərdə hicab qadağan edildi

Hazırda oxunan: Qırğızıstanda məktəblərdə hicab qadağan edildi

90212
“Dünyəvi dövlət dünyəvi qanun-qaydalarla idarə olunmalıdır”x9d.

Qırğızıstanda məktəblərdə hicab geyinmək qadağan edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Sputnik Qırğızıstan-a müsahibəsində ölkənin təhsil naziri Elvira Sariyeva deyib.

“Baş nazir aydın şəkildə bəyan edib ki, dünyəvi dövlət dünyəvi qanun-qaydalarla idarə olunmalıdır, ancaq bununla belə dini baxşılar da hörmət qoyulmalıdır. Biz hesab edirik ki, məktəb çərçivəsində standart məktəbli forması təsdiqlənib və şagirdlər bu qaydaya əməl etməlidir”x9d.

Yerli KİV-lər yazır ki, son vaxtlar hicabın və digər dini geyimlərin geyinilməsi cəmiyyətdə qızğın müzakirələrin mövzusu çevrilib. Qırğızıstanda məktəb formalarının standartında hicabın geyinilməsi nəzərdə tutulmayıb, və qırğız qadınları heç vaxt hicab və niqab geyinməyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO