Obama atasının vətəninə səfərə gəlib

Obama atasının vətəninə səfərə gəlib

Hazırda oxunan: Obama atasının vətəninə səfərə gəlib
87326
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
ABŞ prezidenti atasının dəfn olunduğu kəndə baş çəkməyəcək.

ABŞ prezidenti Barak Obama Ağ Evin rəhbəri olduğu müddətdə ilk dəfə olaraq atasının vətəni olan Keniyaya ikigünlük səfərə gəlib.

Moderator.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, Keniya rəhbəri Uxuru Keniata danışıqların əsas mövzusunun təhlükəsizlik və ticarət olacağını bildirib. ABŞ Somalinin “Əş Şəbab”x9d qruplaşması ilə mübarizədə Keniyaya yardım göstərir.
 
Qeyd edək ki, Obama Nayrobiyə səfəri çərçivəsində Sahibkarların Qlobal Sammitində iştirak etmək və keniyalı qohumları ilə görüşmək niyyətindədir. Lakin ABŞ prezidenti  atasının dəfn olunduğu Keniyanın Koqela kəndinə baş çəkməyəcək.
 
Barak Obamanın Keniyadan sonra Afrika İttifaqının mənzil-qərargahı yerləşən Efiopiyaya səfər edəcəyi gözlənilir.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO