Erməni etirazçılar Avropa Məhkəməsinə gedir

Erməni etirazçılar Avropa Məhkəməsinə gedir

Hazırda oxunan: Erməni etirazçılar Avropa Məhkəməsinə gedir

83705
İrəvanda iyunun son on günündə keçirilmiş “Talana yox!”x9d oturaq aksiyasında xəsarət almış 16 Ermənistan vətəndaşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib

Ans press-in məlumatına görə, bu barədə şikayətçilərdən biri, “Məlumatlı vətəndaşlar ittifaqı”x9d İctimai Birliyinin koordinatoru Daniel İonesyan bildirib. Onun sözlərinə görə, məhkəməyə müraciət edənlərə qarşı zorakılıq iyunun 23-də Baqramyan prospektində törədilib.

Daniel İonesyan bildirib ki, Avropa Məhkəməsinə təcili müraciət ölkədaxili maneələrdən yan keçməyə imkan verir. Onun sözlərinə görə, şikayət 2 gün qabaq göndərilib, şahidlərin ifadələri və zorakılığın tətbiqi ilə bağlı dəlillər təqdim edilib. Şikayətçilər arasında jurnalistlər də var.

Avropa Məhkəməsinin prosedurlarına görə, Ermənistan hökumətinə bununla bağlı sorğu göndərilməlidir.

Xatırladaq ki, İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox”x9d aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-i saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Ertəsi günü səhər erməni polisi prezident iqamətgahının qarşısındakı oturaq mitinqi güc yolu ilə dağıdıb. Etirazçılara qarşı su şırnağı tətbiq edilib, onları döyüblər və paltarlarını soyundurublar. Amma buna baxmayaraq həmin gün axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO