İrəvanda polisin döydüyü aksiya iştirakçısı yaddaşını itirib

İrəvanda polisin döydüyü aksiya iştirakçısı yaddaşını itirib

Hazırda oxunan: İrəvanda polisin döydüyü aksiya iştirakçısı yaddaşını itirib

82757
İrəvanda elektrik enerjisinin tariflərinin artımına etiraz olaraq keçirilən aksiyanın dağıdılması zamanı xəsarət alan şəxslərdən biri yaddaşını itirib

40 yaşlı şəxsi ağır kəllə-beyin travması ilə tibbi mərkəzə çatdırıblar. "Polislər onu o qədər döyüblər ki, yaddaşını itirib. Adını yadına sala bilmir", - deyə hetq.am-ın müxbiri Ani Ovanisyan bildirib.xa0

Bundan başqa bu gün səhər saatlarından etibarən polisin aksiyanı dağıtması nənitəcəsində xəsarət alanlardan biri də İrəvanın Müasir İncəsənət Universitetinin direktoru Nazaret Karoyan da xəsarət alıb. Ümumilikdə İrəvanın Azadlıq meydanında elektrik enerjisinin tariflərinin artırılmasına etiraz edən şəxslərin aksiyasının dağıdılması zamanı 18 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Aksiyaya qatılanlardan 237-si həbs edilib. Aksiyanı lentə alan Qalatv, epress və Azadlıq radiosunun İrəvan bürosunun jurnalistlərə qarşı təzyiq olub. Onların kameraları əllərindən alınıb.xa0

İrəvanın Azadlıq meydanına giriş qadağan edilib. (ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO