Türkiyədə yenidən twitter, facebook və youtube-a giriş əngəllənib.
“Qafqazinfo”x9d Türkiyə KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkələrə girişdə yaranan problemin səbəbi isə prokuror Mehmet Selim Kirazın girov götürülməsini özündə əks etdirən görüntülər olub. Məhkəmə qərarı ilə youtube və twitterə qoyulan qadağa hələ də davam etməsinə baxmayaraq, facebook həmin linkləri aradan qaldırdığı üçün həmin sosial şəbəkəyə giriş bərpa edilib.
Hazırda həmin sosial şəbəkələrə giriş qadağasının nə zaman həll olunacağı bildirilmir.






































































































