İşğal altındakı Donetskdə Olenovka cəzaçəkmə müəssisəsinin rəis müavini, ukraynalı hərbi əsirlərə işgəncə verən Dmitri Neelova məxsus avtomobil partladılıb.
Bizim.Media xəbər verir ki, bu barədə KİV mənbələrə istinadən məlumat yayıb.
İlkin məlumata görə, avtomobilin altına partlayıcı qurğu yerləşdirilib. Neelovun hazırda hansı vəziyyətdə olduğu məlum deyil.
2023-cü ildə jurnalistlər Neelovu Olenovkada ukraynalı hərbi əsirlərə işgəncə verilməsində iştirak edən şəxslərdən biri kimi müəyyənləşdiriblər.
2024-cü ildə Donetskdə oxşar şəkildə avtomobilin partladılması nəticəsində həmin koloniyanın keçmiş rəisi Sergey Yevsyukovun öldüyü bildirilmişdi.

Bizim.Media





































































































