DANIŞIQLAR YEKUNLAŞDI: Tərəflər müvəqqəti atəşkəslə bağlı razılığa gəldi - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: DANIŞIQLAR YEKUNLAŞDI: Tərəflər müvəqqəti atəşkəslə bağlı razılığa gəldi - YENİLƏNİB/VİDEO

63026

Bir qədər əvvəl Ukrayna-Rusiya danışıqlarının ikinci raundu başa çatıb. 

Tərəflər humanitar dəhliz açılması və müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər. Mülki şəxslərin təxliyəsi zamanı qarşılıqlı əlaqə üçün xüsusi rabitə kanalları təşkil ediləcək.

*** 18.55

Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu başlayıb.

***

Ukrayna nümayəndə heyəti helikopterlə Rusiya ilə danışıqlaın keçiriləcəyi əraziyə yola düşüb. 

Bizim.Media xəbər verir ki, danışıqların ikinci raundu Belarusun qərbindəki Brest regionunda keçiriləcək.

Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, Ukrayn Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.

Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.

Xatırladaq ki, fevralın 28-i Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Qomel şəhərində danışıqlar aparıblar.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO