Paşinyan: “Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır”

Paşinyan: “Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır”

Hazırda oxunan: Paşinyan: “Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır”

627157
Təkcə Rusiya deyil, Ermənistan da KTMT missiyasını qəbul etməyə hazırdır.
 
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə məlumat verib.
 
“Bizim istəyimiz mümkün missiyanın effektiv olmasıdır. Bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Biz bu istiqamətdə işimizi davam etdiririk”, - deyə Paşinyan bildirib.
 
O qeyd edib ki, KTMT və Avropa İttifaqının (Aİ) missiyalarını müqayisə etmək olmaz, çünki Ermənistanın olduğu kimi KTMT-nin də Ermənistan qarşısında təhlükəsizlik öhdəlikləri var.
 
“Bizim KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”, - deyə Paşinyan vurğulayıb.
 
Mənbə: Aysor.am
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO