Davudoğlunun maşın karvanı İraqda qəzaya düşdü

Davudoğlunun maşın karvanı İraqda qəzaya düşdü

Hazırda oxunan: Davudoğlunun maşın karvanı İraqda qəzaya düşdü

62295
İraqda səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlunun maşın karvanı qəzaya düşüb.
 
Bağdada baş verən qəza zamanı Davudoğlunun qarsonu Loğman Candemir yaralanıb. 
 
Baş nazirin maşın karvanına çırpılan avtomobilin iraqlı sürücüsü də ağır xəsarətlər alıb. Qəza zamanı yaralananlara ilk tibbi yardımı Davudoğlunun maşın karvanında olan həkim edib.
 
Xəstəxanaya aparılan yaralıları ilk olaraq Türkiyə baş naziri ziyarət edib. Davudoğlu bundan sonra səfər proqramı çərçivəsində görüşlərə başlayıb./ans
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO