Polislər şoka düşdü -  narkotiki iri anakonda qoruyurdu

Polislər şoka düşdü - narkotiki iri anakonda qoruyurdu

Hazırda oxunan: Polislər şoka düşdü - narkotiki iri anakonda qoruyurdu

62215
Argentinada cinayətkarlar narkotik saxlanılan anbarı qorumaq üçün anakonda ilanından istifadə ediblər.
 
Əməliyyat keçirən polis ilanı neytrallaşdırmaqdan ötəri bioloqları çağırmağa məcbur olub.
 
İnsident Buenos-Ayres şəhərinin Qonsales Katan qəsəbəsində baş verib.
 
Yerli polisin narkotiklərlə mübarizə şöbəsinə qəsəbədəki evlərdən birində Paraqvaydan gətirilən külli-miqdarda saxlanılan narkotik haqda məlumat daxil olub.
 
Əməliyyatda iştirak edən polislərdən biri jurnalistlərə açıqlamasında bildirib: “Evə daxil olduqda narkotik kisələrinin üstündə yuxuya getmiş anakonda gördük. Həqiqətən ölçüləri qorxunc idi. Yaxınlaşmaq bizə təhlükə yaradardı. Mütəxəssisləri çağırmağa məcbur olduq”x9d.
 
Hadisə yerinə gələn bioloqlar anakondanı xüsusi məhlulla yatırdıb yeşiyə qoyublar. Bundan sonra polislər öz vəzifələrini icra edə biliblər. Evdən 6 kiloqram marixuana, 1,5 kiloqram kokain tapılıb.
 
Ev yiyəsi həbs olunub.(publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO