Rusiya KİV-lərinin yaydığı məlumata görə, ölkədə fəaliyyət göstərən və ümumi yanacaqdoldurma məntəqələrinin (YDM) təxminən 25%-ni təşkil edən iri şəbəkələr yanacaq satışına məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu məhdudiyyətlər Rusiyanın 70 regionunda yerləşən 7 mindən çox yanacaqdoldurma məntəqəsini əhatə edir.
Məsələn, "Tatneft" şəbəkəsi bir dəfəyə hər avtomobil üçün maksimum 30 litr benzin və ya 60 litr dizel yanacağının vurulmasına icazə verir.
İşğal olunan Krımda yanacaq satışı artıq xüsusi talonlar və QR-kodlar vasitəsilə həyata keçirilir.
Rusiyanın nəzarəti altında olan Donetsk və Luqansk vilayətlərinin bəzi hissələrində isə yanacaq ümumiyyətlə tapılmadığı üçün bir çox YDM-lər gün ərzində cəmi bir neçə saat işləyir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:30 / 17.06.2026
Rusiyada yanacaq böhranı DƏRİNLƏŞİR - Benzin satışında YENİ MƏHDUDİYYƏTLƏR
Hazırda oxunan: Rusiyada yanacaq böhranı DƏRİNLƏŞİR - Benzin satışında YENİ MƏHDUDİYYƏTLƏR
Hazırda oxunan: Rusiyada yanacaq böhranı DƏRİNLƏŞİR - Benzin satışında YENİ MƏHDUDİYYƏTLƏR
619744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































