G7 liderlərindən yekun bəyannamə: Rusiyanın neft-qaz gəlirlərinə zərbə vurulacaq – FOTO

G7 liderlərindən yekun bəyannamə: Rusiyanın neft-qaz gəlirlərinə zərbə vurulacaq – FOTO

Hazırda oxunan: G7 liderlərindən yekun bəyannamə: Rusiyanın neft-qaz gəlirlərinə zərbə vurulacaq – FOTO

619743

"Böyük Yeddilik" (G7) ölkələrinin liderləri sammitin yekun bəyannaməsini açıqlayıblar. Sənəddə Ukraynaya hərbi və iqtisadi dəstəyin gücləndirilməsi, həmçinin Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə mühüm bəndlər yer alıb.

Bizim.Media xəbər verir ki, G7 liderləri Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemlərinin, raket-yaxalayıcıların və uzaqmənzilli silahların tədarükünü artıracaqlarını bəyan ediblər.

Eyni zamanda, üzv ölkələr birbaşa Ukrayna ərazisində silah istehsalının genişləndirilməsinə kömək etməyə hazır olduqlarını bildiriblər.

Bəyannamədə Ukraynanın növbəti qış mövsümünü itkisiz başa vurması üçün ölkənin enerji sisteminə əlavə maliyyə və texniki dəstəyin təmin ediləcəyi vurğulanıb.

Rusiya iqtisadiyyatına yönələn təzyiqlər, xüsusilə neft-qaz sektoruna qarşı tətbiq olunacaq yeni sanksiyalar hesabına daha da gücləndiriləcək.

Sənəddə Ukrayna ordusunun döyüş meydanında "yeni bir impuls" qazandığı xüsusi qeyd edilib.

Diqqətçəkən əsas məqamlardan biri isə bəyannamədə "sülh danışıqları" barədə heç bir ifadənin yer almamasıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO