ABŞ-ın vitse-prezidenti İranı hədələdi

ABŞ-ın vitse-prezidenti İranı hədələdi

Hazırda oxunan: ABŞ-ın vitse-prezidenti İranı hədələdi

619508

ABŞ administrasiyası Tehranın razılaşmanın şərtlərinə əməl etmədiyi qənaətinə gələrsə, İrana qarşı hərbi zərbələri bərpa edə və dəniz blokadasını yenidən tətbiq edə bilər.

Bizim.Media  xəbər verir ki, bu barədə Vitse-prezident Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində ABŞ-nin belə addımlar atmasının mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən danışıb.

“Bu, mümkündür və blokadaya qayıdış demək ola bilər. Bu, bir çox variantları ehtiva edə bilər”, – deyə Vens bildirib.

Vitse-prezident qeyd edib ki, ABŞ bu məsələdə atılacaq addımları özü müəyyən edəcək.

“Bütün seçimlər bizim ixtiyarımızdadır. Əgər onlar razılaşmalara əməl etməsələr, hansı tədbirlərin görüləcəyinə biz qərar verəcəyik”, – deyə o vurğulayıb.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO