Rubio Kubanı ABŞ üçün təhdid adlandırdı

Rubio Kubanı ABŞ üçün təhdid adlandırdı

Hazırda oxunan: Rubio Kubanı ABŞ üçün təhdid adlandırdı

616863

ABŞ-ın dövlət katibi Marko Rubio Kubanın Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.
 

ABŞ Nümayəndələr Palatasının Büdcə Təxsisatı Komitəsində keçirilən dinləmələrdə çıxış edən Rubio, "ABŞ administrasiyası Kubanı ölkə üçün təhdid kimi nəzərdən keçirirmi?" sualına təsdiqedici cavab verib.


Dövlət katibinin sözlərinə görə, Kubanın ABŞ üçün təhdid yaradan "uğursuz dövlət" olmaqdan çıxması üçün ölkədə genişmiqyaslı sistemli islahatlara ehtiyac var.

"Və sual ondan ibarətdir ki, hazırda hakimiyyətdə olan insanları nəzərə alsaq, onlar ümumiyyətlə islahatlar aparmağa qadirdirlərmi... Mən hesab edirəm ki, cavab xeyrdir", – deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO