Almaniyanın xarici işlər naziri sabah Gürcüstanaxa0səfər edəcək

Almaniyanın xarici işlər naziri sabah Gürcüstanaxa0səfər edəcək

Hazırda oxunan: Almaniyanın xarici işlər naziri sabah Gürcüstanaxa0səfər edəcək

614978

Almaniyanın xarici işlər naziri Analena Berbok sabah Gürcüstana səfər edəcək.

Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Berbok martın 24-dək davam edəcək səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşlər keçiriləcək.

Analena Berbokun həmçinin, Gürcüstanın vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə də görüşləri planlaşdırılıb.

Məlumatda qeyd edilib ki, səfərin məqsədi ölkələr arasında sıx və birbaşa əlaqələr yaratmaq, Gürcüstanın Avropa perspektivi üçün əməkdaşlığı dərinləşdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO