Litvada rusiyalıların daşınmaz əmlak almasına qoyulan qadağa təsdiqlənib

Litvada rusiyalıların daşınmaz əmlak almasına qoyulan qadağa təsdiqlənib

Hazırda oxunan: Litvada rusiyalıların daşınmaz əmlak almasına qoyulan qadağa təsdiqlənib

612253

Rusiyalılar Litvada öz adlarından və ya burada yaradılmış hüquqi şəxslərin adından daşınmaz əmlak əldə etmək hüququndan məhrum olunmalıdır.

Bu plan çərşənbə günü parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsi tərəfindən təsdiqlənib və “Milli sanksiyalar haqqında” qanun layihəsinə daxil edilib.

“Rusiyalılar və ya onların yaratdığı hüquqi şəxslər tərəfindən daşınmaz əmlak alqı-satqısı əməliyyatlarının artması sonda milli təhlükəsizlik üçün riskə çevrilə bilər”, - Komitənin sədri Laurynas Kasçyunas jurnalistlərə açıqlamasında deyb. Onun sözlərinə görə, 2022-ci ildə rusiyalılar Litvada 699 daşınmaz əmlak obyekti alıblar.

Parlament komitəsi sanksiyalar haqqında qanun layihəsinə Rusiya və Belarusdakı tərəfdaşları ilə işləyən Litva müəssisələri haqqında məlumatların açıq olması barədə maddə də daxil edib. Bunun hansı formada edilməli olduğunu komitə dəqiqləşdirməyib. “Belə açıqlıq Litvanın milli maraqlarına uyğun gəlməyən rejimlərin həyat qabiliyyətinə töhfə verən bu ticarət əlaqələrini aradan qaldırmalıdır”, - Komitənin yaydığı bəyanatda deyilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO