Bu turistlərlər BALİDƏN deportasiya olunacaq

Bu turistlərlər BALİDƏN deportasiya olunacaq

Hazırda oxunan: Bu turistlərlər BALİDƏN deportasiya olunacaq

609384

İndoneziyanın turizm və kreativ iqtisadiyyat naziri Sandiaqa Uno ölkə hakimiyyəti adından turistləri dövlətin bütün qanunlarına əməl etməyə çağırıb.

Bu barədə "Antara News" məlumat yayıb. Bildirilib ki, qanunları pozan şəxslər deportasiya olunacaq. Unonun sözlərinə görə, nazirlik İndoneziya adasındakı davranış qaydaları barədə turistləri artıq məlumatlandırıb.

O əlavə edib ki, istirahət edənlər dini-əxlaqi normalara, adət-ənənələrə, mədəniyyətə və mental dəyərlərə hörmət etməli və onları dəstəkləməlidirlər. Bu, həm də yol hərəkəti qaydalarına riayət edilməsinə və turistlərin xarici görünüşünə aiddir.

“Kampaniya stereotipləri qırmalıdır. Bali artıq turistlərin özlərini istədikləri kimi apardıqları yer deyil”, - Ada Turizm Şurasının sədri İda Baqus Aqunq Parta Adnyana bildirib. (publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO