Merts: “İrana qarşı müharibə nəzarətdən çıxır”

Merts: “İrana qarşı müharibə nəzarətdən çıxır”

Hazırda oxunan: Merts: “İrana qarşı müharibə nəzarətdən çıxır”
600756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya kansleri Fridrix Merts ABŞ və İsrailin İranla bağlı hərbi əməliyyatlarının təhlükəli mərhələyə keçdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Berlində keçirdiyi mətbuat konfransında danışıb.

Məlumatı France 24 yayıb.

Merts qeyd edib ki, hazırda münaqişənin dayandırılması üçün ortaq və aydın planın olmaması ciddi narahatlıq doğurur.

“İrana qarşı müharibədə təhlükəli eskalasiya baş verir və görünür ki, bu müharibəni tez bir zamanda dayandırmaq üçün ortaq plan yoxdur”, — deyə Almaniya kansleri bildirib.

Onun sözlərinə görə, Almaniya və Avropa münaqişənin uzanmasında maraqlı deyil.

“Biz sonsuz müharibədə maraqlı deyilik. Biz ərazi bütövlüyünün pozulmasında maraqlı deyilik”, — deyə Merts əlavə edib.

Kanslerin sözlərinə görə, hazırkı vəziyyət beynəlxalq təhlükəsizlik üçün ciddi risk yaradır və münaqişənin tezliklə diplomatik yollarla həll olunması vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO