14 yaşlı türk Vyananı qorxuya saldı

14 yaşlı türk Vyananı qorxuya saldı

Hazırda oxunan: 14 yaşlı türk Vyananı qorxuya saldı

59882
Türk əsilli Avstriya vətəndaşı olan bir yeniyetmə terror şübhəsi ilə yaxalanıb. 

Məlumata görə, Avstriyada türk əsilli olduğu deyilən 14 yaşlı bir oğlan paytaxt Vyanadakı qatar stansiyalarının birində polislər tərəfindən saxlanılıb. Oğlanın yaxlanması zamanı polislərin yaratdığı səs-küy ətrafdakıları da qorxuya salıb. 

Onun saxlanılmasına səbəb kimi terrorçu şəbəkələrlə əlaqəyə girməsi olub. Polisin verdiyi məlumatda şübhəlinin 8 ildir Avstriyada yaşadığı bildirilir. 

Prokurorluğun açıqlamasında saxlanılan oğlanın internetdən bombanın necə hazırlanmasını öyrəndiyini və Vestbahnhof stansiyasında hücum həyata keçirmək istədiyini etiraf etdiyi qeyd edilir.(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO