Türkiyə hərəkətə keçir ”“  SURİYA

Türkiyə hərəkətə keçir ”“ SURİYA

Hazırda oxunan: Türkiyə hərəkətə keçir ”“ SURİYA

59187

Türkiyənin birtərəfli təhlükəsiz zona qurmaq üçün hərəkətə keçəcəyi iddia edildi.

 

“Aksam.com.tr”yə istinadən verilən xəbərə  görə, politoloqlar Türkiyənin hər an birtərəfli təhlükəsiz zona elan edilə biləcəyini deyiblər.

 

Türkiyənin Suriyaya qurudan müdaxiləsi üçün üç şərtdən biri “təhlükəsiz zona”nın qurulması idi. Buna isə beynəlxalq arenada məsələ ilə əlaqədar bircə konkret dəstək belə gəlmədi. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş keçən həftə “Türkiyə istədiyi vaxt təhlükəsiz zona yarada bilər” deyərək ölkə sərhədləri daxilində atılacaq bir addımın siqnalını verib.

 

Livan sərhədi bağladığından Suriyadan yeni köç dalğasının əvvəlkindən daha böyük olacağını güman edən Ankara qaçqınları Suriya və Türkiyə tərəfdən təhlükəsiz zona ilə qarşılamağı düşünür. Koalisiya etiraz etsə, Ankara o zaman başqa çıxış yolunun tapılmasını məsləhət görəcək. Məsələ Ali Baş Qərargahda müzakirə edilib. Suriya tərəfindəki təhlükəsiz zonanın planları hazırlanıb.(publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO