
- A-
- A
- A+
Dünya
16:16 / 11.01.2023
2 dəq oxunma
“Bu, Ankaraya təzyiq cəhdidir” - Bundestaq deputatından ŞƏRH
Hazırda oxunan: “Bu, Ankaraya təzyiq cəhdidir” - Bundestaq deputatından ŞƏRH
585240
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Türkiyənin NATO üzvlüyündən çıxarılması üçün hüquqi mexanizmlər yoxdur. Bunlar hamısı populist bəyanatlardır, Ankaraya təzyiq cəhdidir, başqa bir şey deyil”.
Bunu alman siyasətçi, AFR Bundestaqının (parlament) “Almaniya üçün Alternativ” (“Alternative für Deutschland”, AfD) partiyasından olan deputatı Yevgeni Şmidt NATO və Türkiyə faktoru ilə bağlı Oxu.Az-a şərh verərkən bildirib.
O, hazırda NATO-da böhran olduğunu vurğulayıb.
“Bunu İsveç və Finlandiyanın NATO-ya qəbul prosesi göstərdi. Şimali Atlantika alyansının bütün üzvləri bununla razılaşmır. Təbii ki, hər hansı hərbi bloka daxil olmaq barədə qərar qəbul etmək onların suveren hüququdur və buna görə tənqid oluna bilməzlər. Lakin Stokholm və Helsinki cari çağırışları və nəticələri təhlil etsələr yaxşı olardı. Ümumiyyətlə, NATO ölkələrinin alyansın gələcək inkişafı ilə bağlı fərqli baxışları var. Ukraynadakı münaqişə ilə bağlı da mübahisələr var (söhbət Kiyevə hərbi yardımdan gedir – red.)”, - deyə politoloq bildirib.
Türkiyəni Şimali Atlantika Alyansından çıxarmaq barədə ABŞ-də uzun müddətdir davam edən çağırışlara gəlincə isə, siyasətçi Türkiyə ordusunun Avropanın ən böyük ordusu olduğundan bunun mümkün olmadığını bildirib.
“Amma Avropanın müdafiə mərkəzinin Vaşinqtondan Avropaya köçürülməsinə ehtiyac olması faktdır. Hazırda NATO-da Birləşmiş Ştatlar üstünlük təşkil edir. Biz hərbi blokda qüvvələrin uyğunlaşdırılmasına yenidən baxmalıyıq, Avropa güclənməlidir”, - deyə o, əlavə edib.
Siyasi ekspert NATO üzvü olan iki ölkənin - Türkiyə və Yunanıstanın bir-biri ilə problemləri olduğunu xatırladıb.
“Amma dediyim kimi, heç kim Türkiyəni NATO-dan kənarlaşdırmayacaq”, - deyə Yevgeni Şmidt sözlərini yekunlaşdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən


































































































