“Boko Haram”  Nigeriyanın 3 ştatında  şəhər və kəndləri ələ keçirib FOTO

“Boko Haram” Nigeriyanın 3 ştatında şəhər və kəndləri ələ keçirib FOTO

Hazırda oxunan: “Boko Haram” Nigeriyanın 3 ştatında şəhər və kəndləri ələ keçirib FOTO
54946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Nigeriyada “Boko Haram” qruplaşmasının dəstələri Borno, Yobe və Adamava ştatlarının əksər yaşayış məntəqələrini ələ keçiriblər.

Moderator.az-ın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, Borno ştatında artıq 15-dək şəhər terrorçuların nəzarətinə keçib. Bundan əlavə, silahlılar qonşu Kamerun ilə sərhəd boyu böyük ərazini ələ keçiriblər. “Boko Haram” qruplaşmasının əsas bazaları “Sambisa” meşə massivində və Mandara dağlıq rayonunda yerləşir.  
 
Ələ keçirdikləri ərazilərdə terrorçular zorakılıq yolu ilə öz qaydalarını tətbiq edirlər, kütləvi edamlar törədirlər. Borno ştatında elektrik enerjisinin verilişi dayandırılıb, iqtisadi aktivlik tamam dayanıb.   
 
Hərbi ekspertlər ordunun silahlıların hücumunun qarşısını almaqda  aciz olduğunu bildirirlər.
 
Hazırda terrorçular Borno ştatının inzibati mərkəzi olan Mayduuquri şəhərini mühasirəyə alaraq hücuma keçməyə hazırlaşırlar.
 
Qeyd edək ki, avqustun 24-də “Boko Haram”ın lideri Əbubəkr Şekai Quoza şəhərində  “İslam Dövləti”nin yaradıldığını elan edərək  “əmirin sarayında hökumət” formalaşdırıblar.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO