Polşalı döyüşçüdən ruslara: ”Gəlin, güllə qonaqlığı verəcəm” ”“  Video

Polşalı döyüşçüdən ruslara: ”Gəlin, güllə qonaqlığı verəcəm” ”“ Video

Hazırda oxunan: Polşalı döyüşçüdən ruslara: ”Gəlin, güllə qonaqlığı verəcəm” ”“ Video

53961
Tomaş Maçinski adlı polşalı könüllü Rusiya Müdafiə naziri Sergey Şoyquya görə Polşanı raket zərbələri ilə hədələyən “Matarolla” ləqəbli məşhur rusiyalı terrorçu Arsen Pavlova sərt cavab verib.
 
Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, o bunun üçün xüsusi çarx hazırlayıb və müraciətini sosial şəbəkələrdə paylaşıb.
 
Maçinski çıxışında Ukrayna, Polşa və Belarusun qardaş ölkələr olduğunu və separatçıların yaxın vaxtlarda cavabının veriləcəyini dilə gətirib. Daha sonra o, Donbas vilayətinin Ukraynanın tarixi torpaqları olduğunu xatırladıb. Onun Matarollaya ən ağır və sərt cavabı isə, bütün separatçıları “güllə qonaqlığına” dəvət etməsi olub.
 
Qeyd edək ki, Maçınski sonda cibindən Rusiyanın dövlət bayrağının rənglərini əks etdirən bağı çıxararaq yandırıb və qələbənin Ukraynanın yanında olduğunu vurğulayıb.
 
Xatırladaq ki, Polşa bir neçə gün bundan öncə Slovakiyadan tədbirdən dönən Rusiya Müdafiə naziri Sergey Şoyquya hava məkanından istifadəyə qadağa qoymuşdu. Yalnız ikinci cəhddə və təyyarə bortunun statusunun dəyişdirilməsindən sonra nazirə uçuşa icazə verilmişdi. Məsələyə kəskin reaksiya verən Rusiya Xarici İşlər Nazirliyi bu insidenti belə qoymayacaqlarını açıqlamışdı. Rusiyalı terrorçu Arsen Pavlov (Matarolla) isə bir qədər də irəli gedərək, nazirə görə Polşanı raket zərbələri ilə hədələmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO