Təyyarənin

Təyyarənin "qara qutu"su tapıldı - VİDEO

Hazırda oxunan: Təyyarənin "qara qutu"su tapıldı - VİDEO

51780
Tehrandan Təbəs şəhərinə uçan zaman qəzaya düşən sərnişin təyyarəsinin "qara qutu"su tapılıb.

ANS TV-nin məlumatına görə, bunu İranın hava yollari idarəsinin muavini Həmid Həbibi deyib.

O bildirib ki, hazırda qəza yeri tamamilə təmizlənib. Dövlət tərəfindən bu araşdırmaların sonuna kimi İranda olan digər “Antonov” təyyarələrinin uçuşu qadağan edilib.

Xatırladaq ki, Mehrabad hava limanının ətrafında Tehrandan Təbəs şəhərinə uçan sərnişin təyyarəsi qəzaya uğramışdı. 

"Qəzaya düşən Ukraynanın “Antonov 140” təyyarəsi Tehran-Təbəs reysində həftədə 2 dəfə xidmət gostərirmiş. Bu təyyarə saat 9:20 dəqiqədə Tehranın Mehrabad hava limanından uçuşa başlayır. Təəssüf ki, 4 dəqiqədan sonra qəzaya uğrayır", - deyə Həmid Həbibi əlavə edib. 

Qeyd edək ki, təyyarədə olan 48 sərnişindən 38-i dərhal dunyasını dəyişib və 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan da birinin vəziyyəti agır olduğundan xəstəxanada dunyasını dəyişib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO