Kürdlər İraqda yeni neftayırma zavodu tikir

Kürdlər İraqda yeni neftayırma zavodu tikir

Hazırda oxunan: Kürdlər İraqda yeni neftayırma zavodu tikir

49596
Şimali İraq Kürd Müxtariyyəti neft emalı zavodu tikir.
ANS PRESS-in məlumatına görə, İraq və Şam İslam Dövləti qruplaşmasının İraqda bir neçə iri şəhəri ələ keçirməsindən sonra yaşanan yanacaq qıtlığını aradan qaldırmaq üçün kürdlər neft emalı zavoduna ehtiyac duyub. 
Müxtariyyətin təbii ehtiyyatlar naziri Aşti Haşrami verdiyi açıqlamada bildirib ki, İŞİD-in hücumlarından sonra bölgədə yanacaq qıtlığı yaçanır: "Kürd Regional Rəhbərliyində 3 zavod gündəlik 3 milyon 200 min litr xam neft istehsal edir. Ancaq istehlakımız 7 milyon litr təşkil edir. Tələbatımızın çox hissəsini Beyci neftayırma zavodundan aldığımız yanacaqla ödəyirdik". 
Nazirin dediynə görə, yeni neftayırma zavodları vasitəsi ilə 1,5 milyon litr əlavə yanacaq istehsal edə biləcəklər. 
Qeyd edək ki, kürd müxtariyyəti Türkiyədən benzin idxalına razılıq verib, ancaq Türkiyədə benzinin bir litrini 2500 dinara alan kürdlər daxili bazarda benzini 5 dəfə ucuz satırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO