Məşhur şirniyyat istehsalçısı koronavirusa görə müflis oldu

Məşhur şirniyyat istehsalçısı koronavirusa görə müflis oldu

Hazırda oxunan: Məşhur şirniyyat istehsalçısı koronavirusa görə müflis oldu

48387

“Motsartkugel” şokoladlarının ən böyük istehsalçılarından biri olan Avstriyanın “Salzburg şokolad” fabriki müflis olduğunu elan edib.

Bizim.Media “Rb.ru” saytına istinadən xəbər verir ki, karantin rejimindən sonra koronavirus pandemiyası zamanı şirkətin şokolad məhsullarına tələbat kəskin şəkildə azalıb.

Noyabr ayında şokolad fabriki işçilərinin maaşlarını və Milad bayramı üçün mükafatlarını ödəyə bilməyib. İşə Salzburq Regional Məhkəməsi baxacaq.
 

Turistlər arasında Motsartkugel şirniyyatlarına tələbat olub, lakin koronavirus səbəbindən ölkəyə giriş bağlı qalıb. Vyana və Salzburqdakı mağazalar həftələrlə işləməyib.


Tələbin azalmasına şadlıq və toyların sayının azalması da təsir edib. Əlavə faktor kimi xammal, enerji, qablaşdırma və logistika qiymətlərinin bahalaşması olub.

Xatırladaq ki, “Salzburg şokolad” fabriki 1897-ci ildə Avstriyada yaradılıb. Şirkət Filip Harmer və Kristian Şügerə məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO