“Ermənistan heç kimə lazım olmayan dövlətə çevrilib”

“Ermənistan heç kimə lazım olmayan dövlətə çevrilib”

Hazırda oxunan: “Ermənistan heç kimə lazım olmayan dövlətə çevrilib”

47587
“Ermənistan beynəlxalq arenada öz mövqeyini tamamilə itirmiş dövlətdir”. Musavat.com-um məlumatına görə, bunu Moskvada yaşaya erməni hüquq müdafiəçisi Arbak Xaçatryan Ermənistan mediasına müsahibəsində Astanadakı məlum rüsvayçı olayı şərh edərkən deyib.
Onun sözlərinə görə, prezident Serj Sərkisyan inadla real olmayam şeylər uğrunda mübarizə aparır: “Lukaşenko illər ərzində mübariz apardı və hansısa sərvəti, üstünlüyü olmaya-olmaya Moskva qarşısında heç olmasa öz şərtlərini qoya bildi. Ermənistan prezidenti isə heç bir strateji yanaşma ortaya qoymur, heç bir diplomatik addım atmır və sakitcə oturub Əliyevin məktubunu dinləyir. Ermənistan dəhşətli dərəcədə qorxulu və qibtə edilməyəcək duruma düşüb”. 
Xaçatryana görə, belə məktublar hələ çox olacaq: “Bu, hələ başlanğıcdır. Biz dalandayıq. Biz heç kimə lazım olmayan dövlətə çevrilirik. Astanada baş verənlər Ermənistanın, onun prezidentinin aşağılanması idi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO