Litvalı jurnalist: “Erməni millətçiləri ölülərə qarşı da vuruşurlar” - FOTO

Hazırda oxunan: Litvalı jurnalist: “Erməni millətçiləri ölülərə qarşı da vuruşurlar” - FOTO

43033

Litvalı hərbi jurnalist Riçardas Lapaitis Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
 

“Hər dəfə imkan tapan kimi bura gəlirəm. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov burada - vəhşicəsinə dağıdılmış Ağdam qəbiristanlığında dəfn olunub. Yazın əvvəllərində burada oldum. Yayda yenə gəldim.


1993-cü ildə, Ağdamın işğalından bir neçə gün əvvəl də burada idim. Onda qəbiristanlıq hələ dağıdılmamışdı. Xəyalən buralara daha tez-tez qayıdıram... Belə çıxır ki, erməni millətçiləri ölülərə qarşı da vuruşurlar!

Vaxt uçur. Yalnız tənha kolun rəngi dəyişir. Amma qəlbimizdəki ağrı eyni qalır. Allahverdinin qardaşı, məşhur səhra komandiri Eldar Bağırov da burada dəfn edilib. Allahverdi bütün azərbaycanlıların yaddaşında əbədi yaşayacaq.
 

O, yüzlərlə insanın həyatını xilas edib, Xocalıdan sonra yaralıları və ölüləri şəxsən ərazidən çıxarıb. Əsir götürülmüş Xocalı sakinlərini xilas etmək üçün Vitali Balasanyanla danışıqlar aparıb...” , - deyə hərbi jurnalist bildirib.


O, milli qəhrəmanla birgə iştirak etdiyi döyüşləri həyatının ən çətin səhifələri adlandırıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO